Azər Həşimov yenilgini belə şərh etdi

05.10.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 7-ci turunda Şamaxıda "Sabah"a 0:2 hesabı ilə uduzan "Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov məğlubiyyəti şərh edib.

Fanat.Az-ın məlumatına görə, o, belə danışıb:

"Biri penaltidən olmaqla ilk yarıda iki qol buraxdıq və 0:2 hesabı ilə uduzduq. Digər qol isə "doqquzluğ"a getdi. Rəqib futbolçu ötürmə vermək istəsə də, top qapıdan keçdi. İkinci yarıda qapı tirindən dönən zərbəmiz oldu. Vəziyyəti düzəltməyə çalışsaq da, alınmadı. "Sabah"ı təbrik edirəm.

Beş oyundur qol vura bilmirik? Mikelslə Uğurun zədəli olması nəzərə alınmalıdır. Bütün oyunlarımızı səfərdə keçiririk. Yaxın vaxtlarda öz meydanımızda oynaya biləcəyik. Bunun nə vaxt baş verəcəyini dəqiq bilmirəm. Bildiyim budur ki, sabah stadionumuza baxacaqlar".

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью