Azər Məmmədov: Azarkeşlərimizi qələbələrlə sevindirəcəyik

07.08.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

"Matçın ilk hissəsində komanda istədiyimiz oyunu nümayiş etdirə bildi".

Apasport.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis “Karvan-Yevlax”a 2:1 hesabı ilə qalib gəldikləri yoxlama matçını dəyərləndirib:

"Əsas istəyimiz qol epizodları yaratmaq və onlardan istifadə etmək idi. Birinci yarıda daha çox fərqlənə bilərdik. Amma 2 qol da az deyil. İkinci hissədə oyunun sürəti bir qədər aşağı düşdü. Bu da normaldır. Bəzi əvəzetmələr etdik, gənc oyunçuları meydana buraxdıq. Onlar da çalışdılar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Bu, bizim ilk qələbəmiz idi, hər kəsi təbrik edirəm.

Bu, həm də Gəncə stadionunda ilk oyunumuz idi. Belə bir meydançanın tək Gəncə üçün yox, Azərbaycan futbolu üçün faydası olacaq. Bizim şəhər, azarkeşlərimiz bu cür gözəl stadiona layiqdir. Burada oynamaq bizə də xoş təəssürat bağışladı. Gəncə stadionunda keçirdiyimiz ilk görüşdə qələbə qazandıq. Mən inanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq və biz də azarkeşlərimizi qələbələrlə sevindirəcəyik".

“Kəpəz”dən ev qələbəsi KL: “Qarabağ” səfərdən məğlub qayıdır - YENİLƏNİB "Şəfa" rəhbərliyi komandanın düşərgəsində Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş Slavik Alxasov “Səbail”də
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью