Azər Məmmədov: Kəpəz artıq rəqibləri üçün asan rəqib hesab olunmur

22.11.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Kəpəz" rəqibləri üçün asan rəqib hesab olunmur.
Bizim.Media xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının XII turunda "Qarabağ"a qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis güclü rəqibə qarşı mübarizə apardıqlarını bildirib:
"Bu gün çox güclü komandaya qarşı oynadıq. "Qarabağ" Azərbaycan futboluna böyük töhfələr verib. İlk hissədə real qol fürsətlərimiz oldu. Əlimizə düşən imkanlardan yararlana bilsəydik, "Qarabağ"a qalib gələ bilərdik. Görüşün ədalətli nəticəsi heç-heçə idi. Komandamız ən yaxşı oyunlarından birini göstərdi".
O, "Kəpəz"in cari mövsüm daha uğurlu çıxış etdiyini söyləyib:
"Azarkeşlərimizin bizdən gözləntiləri böyükdür. Onlar hər zaman bizim üçün ən yaxşı olanı istəyiblər. Bu mövsüm avrokuboklara vəsiqə qazansaq bizim üçün sensasiya olar. Bu gün dünya futbolunda reallıqlar var. Büdcə yaxşı olarsa, daha yaxşı nəticələr əldə edə bilərsən. Şükürlər olsun ki, bu gün artıq "Kəpəz" asan rəqib sayılmır".
Qeyd edək ki, "Kəpəz" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə başa çatıb. (Report.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью