Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Kəpəz"in sabiq baş məşqçisi Azər Məmmədov Gəncə klubuna geri qayıdacaq.
Apasport.az saytına verilən məlumata görə, tərcübəli mütəxəssis bu dəfə bölgə klubuna baş məşqçi postuna deyil, fərqli vəzifəyə təyin edilə bilər.
Əldə etdiyimiz məlumata görə, klub rəhbərliyi Məmmədovun təcrübəsindən bu dəfə texniki direktor kimi istifadə etməyi planlaşdırır.
Hazırda tərəflər arasında danışıqlar gedir.
Yaxın günlərdə Azər Məmmədovun doğma komandasına rəsmi olaraq geridönüşü baş tuta bilər.
"Kəpəz"in veteran futbolçusu və kapitanı iki mövsüm əvvəl bu kluba baş məşqçi təyin edilmişdi.
Şeydayev əsas komandaya qayıda bilər - YEGANƏ ŞANS Samir Abasov: “Referilərdən narazı qaldım” Kurban Berdiyev: “Bir neçə transfer planımız var” “Karvan”ın futbolçusu: “Daha əvvəl də Azərbaycanda oynamaq imkanım olmuşdu” “Neftçi” “Turan Tovuz”a məğlub oldu - YENİLƏNİB