Azər Məmmədov: “Transferlərimizdən narazılığımız yoxdur”

15.08.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasının I turunda "Sabah" "Kəpəz"i məğlub edib - 2:0.

Apasport.az xəbər verir ki, matçdan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədovun mətbuat konfransı keçirilib.

"Çempionatımızın ən yaxşı komandalarından birinə qarşı oynayırdıq. İstənilən halda hər bir komanda ilə qarşılaşmalıyıq.Futbolçularımıza təşəkkür etmək istəyirəm. “Sabah”ın çox güclü komanda olmasına baxmayaraq futbolçularımız çəkinmədilər".

 - “Kəpəz”ə qayıdışınızdan sonra komandaya yeni futbolçular qoşuldu. Ümumi potensialı necə dəyərləndirirsiniz?

- Klubun büdcəsinə baxsaq, bundan pis istifadə etdiyimizi düşünmürəm. Transferlərimizdən narazılığımız yoxdur. 

- “Kəpəz” üçün transferlərin başa çatdığını deyə bilərik?

- Düşünürük ki, daha bir-iki mövqeyə, xüsusilə hücum xəttinə futbolçu transfer edək. Bu, yerli futbolçu da ola bilər. Düzdür, hazırda yerli futbolçu tapmaq bir qədər çətindir. Ona görə də digər istiqamətlərə də müraciət edəcəyik. 

Millimiz darmadağın oldu: 0:13! Cenk Sümer: “Bu layihə 1 illik, və ya 1 mövsümlük deyil” "Araz-Naxçıvan" rəhbərliyi mühüm qərarlar qəbul edib I Liqa klubunda 3 yeni təyinat - RƏSMİ Kaxaber Sxadadze: “Güclü olmaq lazımdır”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью