Azər Mirzoyev Budapeştdə birinci olub

31.03.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan şahmatçısı Azər Mirzoyev Macarıstanın paytaxtında keçirilən “SixDays Budapest March 2025” turnirində birinci yeri tutub.

İdman.biz xəbər verir ki, o, qrossmeysterlərin B yarışının qalibi olub.

Son turda Çakraborti Mayank (Hindistan) ilə heç-heçə edən Mirzoyev 6,5 xal toplayıb və əlavə göstəricilərə görə digər hindistanlı Krişnanı qabaqlayıb.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən turnirdə ümumilikdə 10 şahmatçı iştirak edib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью