Azər Mirzoyevdən Baham adalarında ikinci qələbə

07.06.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan şahmatçısı Azər Mirzoyev Baham adalarında keçirilən "Orjan Lindroth Memorial" turnirinin ilk üç turunda iki qələbə qazanıb.

İdman.biz xəbər verir ki, o, üçüncü turda yamaykalı Akem Brauna qalib gəlib.

İki xal toplayan qrossmeysterimiz liderlər qrupundan yarım xal geri qalaraq 5-12-ci yerləri bölüşür.

Turnirdə 14 ölkədən 25 şahmatçı çıxış edir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью