Azər Mursaqulov kimdir DOSYE KONKRET

10.02.2026

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin sərəncamı ilə Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

KONKRET.az onun haqqında materialı təqdim edir:

Azər Mursaqulov Türkiyənin Boğaziçi Univesitetinin məzunudur.

ABŞ-nin Corciya Universitetində iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb.

2010-2012-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri işləyib.

2012-2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2019-cu ildən etibarən Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsini tutub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью