Icma.az xəbər verir, Olay.az saytına əsaslanaraq.
Müğənni Azər Nəsib 15 yaşadək uşaqlar arasında keçirilən ilk dünya futbol çempionatı — U15-in təntənəli bağlanış mərasimində iştirak edib.
OLAY yazır ki, mərasimin ən yaddaqalan məqamlarından biri Azər Nəsibin çempionatda iştirak edən 189 ölkəni təmsil edən 189 uşaqla eyni səhnədə çıxışı olub.
Sənətçi beynəlxalq tədbirin bir hissəsi olmaq üçün “Peachline / Jive” agentliyinin dəvəti ilə Azərbaycana gəlib.