Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib

09.12.2024

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib.

"Report"un məlumatına görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə o, dörd ay müddətinə həbs olunub.

Qeyd edək ki, A.Qasımlı dekabrın 8-də saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью