Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib

09.12.2024

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə vəkil Rövşanə Rəhimli məlumat verib.

Məlumata görə, o, Yasamal Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə həbs olunub.

Qeyd edək ki, A.Qasımlı dekabrın 8-də saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью