Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib AzPolitika onlayn siyasiictimai qəzet

09.12.2024

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə "Report"a vəkil Rövşanə Rəhimli məlumat verib.

Məlumata görə, o, Yasamal Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə həbs olunub.

Qeyd edək ki, A.Qasımlı dekabrın 8-də saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью