Azər Qasımlının apellyasiya şikayəti təmin edilmədi

13.12.2024

Icma.az, Anews portalına istinadən məlumatı açıqlayır.

Bakı Apellyasiya Məhkəməsində siyasi şərhçi Azər Qasımlı barəsində həbs-qətimkan tədbirinin ləğvi ilə bağlı verilən şikayət təmin edilməyib. Bu barədə onun həyat yoldaşı Samirə Qasımlı bildirib.

Politoloq Azər Qasımlı Yasamal Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. 

Ona Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

Aytac


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью