Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların zəlzələyə davamlılığı 7/24 rejimində izləniləcək

02.10.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində bp şirkətinin dəstəyi ilə strateji əhəmiyyətli binaların və qurğuların sağlamlığının izlənilməsi üzrə laboratoriya yaradılıb.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektorunun müşaviri, Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktoru professor Azər Qasımzadə söyləyib.

Professor bildirib ki, Mərkəzin əsas fəaliyyət istiqaməti strateji əhəmiyyətli binaların və qurğuların zəlzələyə davamlılığının 7/24 rejimdə izlənilməsidir. Əgər həmin binalarda normadan kənara çıxmalar varsa, onlar müəyyən ediləcək və müvafiq tədbirlər görüləcək.

“Monitorinq zamanı müəyyən edilən dəyişikliklərin əlavə olaraq yoxlanılması və təsdiqlənməsi üçün lokal ölçmə alətlərindən də istifadə olunur. Həmin ölçmə vasitələri laboratoriyada nümayiş etdirilir”, - deyə Azər Qasımzadə qeyd edib.

Müxbir – Tünzalə Arazlı

Fotoqraf – İlkin Cavanşirov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью