Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Jurnalist-səyyah Azər Qərib Azərbaycanın turizm potensialından tam istifadə edə bilməməsi ilə bağlı fikirlərini bölüşüb.
“Yeni Sabah” xəbər verir ki, o, “Qapqara” “YouTube” verilişinə müsahibəsində ölkəyə turist axınının qarşısında dayanan amillərdən danışıb:
“Mənə ən çox verilən suallardan biri Azərbaycanın öz turizm potensialından tam istifadə edə bilməməsi haqqındadır. Nədənsə hesab edirlər ki, mən turizm industriyası mütəxəssisiyəm. Bəzən deyirlər ki, Azərbaycana turist ona görə gəlmir ki, yolun qırağında ət kəsirlər və onun qanı yerə tökülür. Hindistanda müşahidə etdiyim mənzərələr həyatımın ən dəhşətli görüntüləridir, amma oraya milyonlarla turist gedir”. pizza
A.Qərib əsas turist auditoriyasının müəyyənləşdirilməsinin vacib olduğunu düşündüyünü deyib:
“İnanmıram ki, Avropadan buraya güclü axın olacaq. Məncə, əsas hədəf küçələrdə gördüyümüzdür. Avropadan bura nə üçün gəlsinlər? Orada nə yoxdur ki, bizdə var? Mətbəxə görə gələnlər ola bilər, amma o qədər qarınqulu deyillər. Rusiyadan buna görə bizə üz tutanlar var və kifayət qədərdir”.