Azər Rəşidoğlu: “Heydər Əliyev Fondu ən kiçik problemi saniyədə həll edir”

01.04.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Dünəndən daha ciddi müalicə kursları başlayıb. Ən müasir avandanlıqlar ixtiyarımıza verilib. Heydər Əliyev Fondu hətta ən kiçik problemləri saniyələr içində həll edir”. 

“Cebheifo.az” xəbər verir ki, bunu hazırda Türkiyədə müalicə olunan tanınmış jurnalist Azər Rəşidoğlu deyib. O bildirib ki,  Türkiyədə yaşayan bir çox azərbaycanlı ziyalı onu ziyarət etmək istəyir: 

“Həkimlərimə tam təslim olduğum üçün hələ imkan edə bilmirəm. Azərbaycanımla fəxr edirəm!”

Xatırladaq ki, xərçəngdən əziyyət çəkən jurnalistin müalicəsinin təşkili üçün mətbuat nümayəndələri, hüquq müdafiəçiləri, ziyalılar Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər. Heydər Əliyev Fondu jurnalistin müalicəsinin təşkilini üzərinə götürüb və o, Türkiyəyə göndərilib.

Xəzər
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью