Azər Rəşidoğlunun müalicəsi İstanbulda davam edir

25.04.2025

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Heydər Əliyev Fondundan sağalana qədər dövlətin yanımda olacağını dedilər"

Tanınmış jurnalist Azər Rəşidoğlunun Türkiyənin İstanbul şəhərində müalicəsi davam etdirilir. AYNA.AZ xəbər verir ki, bu barədə jurnalist “Qaynarinfo”ya bildirib.

Onun sözlərinə görə, həkimlərin tövsiyəsinə əsasən, müalicə hazırda klinikada aparılmalıdır: "Müalicəm davam edir. Hələ İstanbuldayam. Yəqin ki, yaxın aylar ərzində bir müddət Türkiyəyə gəlib-gedəcəm. Buradakı həkimlər müalicə aldığım hospitalda ən müasir avadanlıqların olduğunu nəzərə alıb, müalicəm məhz bu klinikada və bu həkimlərin nəzarətində davam etdirilməsini məsləhət görürlər".

A.Rəşidoğlu həmçinin Heydər Əliyev Fonduna minnətdarlığını ifadə edib:  "Heydər Əliyev Fondundan sağalana qədər dövlətin yanımda olacağını və həkimlərin məsləhətlərini əsas götürəcəklərini dedilər. Buna görə bir daha Heydər Əliyev Fonduna təşəkkür edirəm. Müalicə uğurla gedir, Azərbaycanın dəstəyini hər an hiss edirəm".

Qeyd edək ki, Azər Rəşidoğlunun müalicə prosesi ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən qarşılanır və mütəmadi nəzarətdə saxlanılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью