Azər Türk Bank 2025 ci ilin üçüncü rübünü uğurla tamamladı

15.10.2025

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət bankı Azər Türk Bankın 01 oktyabr 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% artaraq, 1,8 milyard manat səviyyəsində olmuş, kredit portfelinin həcmi  isə 787,6 milyon manat təşkil etmişdir.

Bankın gəlirləri 18% artaraq, 125,3 milyon manat, xərcləri 115,9 milyon manat səviyyəsində olmuşdur. Qeyd edək ki, 2025-ci ilin doqquz ayında Azər Türk Bank 9,3 milyon manat həcmində xalis mənfəət əldə etmişdir.

Bankın məcmu kapitalının həcminə gəldikdə isə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15% artımla 110,5 milyon manat olmuşdur.

Hesabat dövrü ərzində Bankın depozit portfelinin həcmi 1,2 milyard manat təşkil etmişdir ki, bu da ötənilki göstəricidən 28% çoxdur. Cari ilin üçüncü rübünün sonuna cəmi bank öhdəliklərinin həcmi 1,7 milyard manat səviyyəsində olmuşdur.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью