Azər Türk Bank birinci yarım ili yüksək göstəricilərlə başa vurdu

15.07.2025

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət bankı Azər Türk Bankın 01 iyul 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2% artaraq, 1,9 milyard manat səviyyəsində olmuşdur.

Bankın kredit portfelinin həcmi 806 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 7,3% çoxdur.

2025-ci ilin birinci yarım ili ərzində Bankın gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 24, 3% yüksəlməklə 84,5 milyon manat, xərcləri 77,5 milyon manat olmuşdur.

Hesabat dövründə Azər Türk Bank 7 milyon manat həcmində xalis mənfəət əldə etmişdir.

Bankın məcmu kapitalının həcmi 18,2% artaraq, 107,7 milyon manat olmuşdur.

Cəmi bank öhdəliklərinin həcmi 29,1% artımla 1,8 milyard manat səviyyəsindədir.

Bankın depozit portfeli 28,4% böyüyərək, 1,1milyard manat təşkil etmişdir.

Azər Türk Bankın nizamnamə kapitalı 79 milyon manat həcmindədir.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью