Azər Türk Bank ın aktivləri 34% artıb

23.04.2025

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Gülnar Əhmədli Banco.az

2025-ci ilin birinci rübündə Azər Türk Bank-ın xalis mənfəəti 3 milyon 828 min manat təşkil edib.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin aprelin 1-i tarixinə bankın aktivlərinin həcmi isə 1 milyard 956 milyon 59 min manat təşkil edib.

Bankın aktivləri illik müqayisədə 497 milyon 527 min manat və ya 34% artıb.

Hesabat dövründə bankın kredit portfeli isə 806 milyon 441 min manat olub. Azər Türk Bank-ın kredit portfeli 2024-cü ilin eyni dövrünə nəzərən 132 milyon 31 min manat və ya 19,6% artım göstərib. 

Bankın hesabat dövrünə depozitlərinin həcmi isə 1 milyard 382 milyon 231 min manat təşkil edib. Depozit portfeli illik müqayisədə 470 milyon 54 min manat və ya 1,5 dəfə artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью