Azər Türk Bank ın mənfəəti 50% ə yaxın azalıb | Icma.az
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azər-Türk Bank” 2025-ci ilin yanvar-sentyabr aylarını 9 milyon 376 min manat xalis mənfəətlə başa vurub.
Valyuta.az xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8 milyon 995 min manat və ya 48.96% azdır.
Ötən ilin müvafiq dövründə bankın xalis mənfəəti 18 milyon 371 min manat təşkil etmişdi.
Hesabat dövründə bankın qeyri-faiz gəlirlərində də azalma müşahidə olunub.
2025-ci ilin ilk 9 ayında "Azər-Türk Bank” 27 milyon 915 min manat qeyri-faiz gəliri əldə edib.
Halbuki, ötən ilin eyni dövründə bu göstərici 29 milyon 801 min manat olub.
Beləliklə, qeyri-faiz gəlirlərində 1 milyon 886 min manat və ya 6.33% azalma olub. Əvəzində, qeyri-faiz xərcləri artım göstərib.
Tam oxu
Xəbəri oxu