Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. "Azər-Türk Bank" 2025-ci ilin I rübü üzrə maliyyə hesabatını açıqlayıb.
“APA-Economics” banka istinadən xəbər verir ki, 2025-ci ilin I rübündə “Azər-Türk Bank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə azalaraq 3 milyon 828 min manat təşkil edib.
2024-cü ilin müvafiq dövründə bank 7 milyon 907 min manat xalis mənfəət əldə etmişdi.
Faiz gəlirləri və faiz xərcləri artıb Hesabat dövründə bankın faiz gəlirləri 39.4% artaraq 32 milyon 302 min manat, faiz xərcləri isə 2.2 dəfə artaraq 18 milyon 150 min manat təşkil edib.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 8 milyon 479 min manata ( illik müqayisədə 0.8% çox), qeyri-faiz xərcləri isə 15 milyon 960 min manata ( illik müqayisədə 15.4% çox) bərabər olub.
Beləliklə bank bu dövrdə 6.7 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 28% azdır.
I rübdə bankın aktivləri 128 milyon manatdan çox azalıb Cari ilin aprel ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 6.2% və ya 128.3 milyon manat azalaraq 1 milyard 956.1 milyon manata enib.
Cari ilin ilk 3 ayında “Azər-Türk Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 0.8% və ya 6.5 milyon manat artaraq 806 milyon 441 min manata bərabər olub.