“Azər Türk Bank” qaydanı pozub

24.01.2025

Icma.az bildirir, Azpost portalına istinadən.

“Azər-Türk Bank” qaydanı pozub – Mərkəzi Bankdan sərəncam

Mərkəzi Bank “Azər-Türk Bank” ASC-yə icrası məcburi olan  sərəncam verib

AzPost bildirir ki, bu barədə AMB-nin verdiyi açıqlamada qeyd olunur.

Məlumata görə, “Azər-Türk Bank” ASC tərəfindən “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın (Qayda) 14.1-ci bəndinin tələbinin pozulub.

Mərkəzi Bank tərəfindən “Azər-Türk Bank” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью