Azər Türk Bankdan uşaqlar üçün 20% cashback kampaniyası

26.05.2025

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Dövlət bankı Azər Türk Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə atb Junior kartı ilə ödənişlər üzrə yeni kampaniyaya başlayır.

AZXEBER.COM xəbər verir ki, 1 iyun 2025-ci il tarixindən etibarən ölkə daxilindəki:

·əyləncə mərkəzlərində

·oyuncaq mağazalarında

·kitab mağazalarında

·kinoteatrlarda

·teatrlarda

atb Junior kartı ilə ödənişlər zamanı Azər Türk Bankın müştərilərinə 20%həcmində cashback hesablanacaqdır.

Kampaniyanın müddəti 7 iyun daxil olmaqla həmin tarixədəkdir.

Hesablanacaq maksimum cashback limiti 50 manat həcmindədir.

Qeyd edək ki, atb Junior kartı 6-16 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur.

Beşillik xidmət müddətli atb Junior kartını valideynlər Bankın saytında ödənişsiz onlayn sifariş verə bilərlər.

Xatırladırıq ki, atb Junior kartlarındakı qalıq vəsaitə illik 6% gəlir hesablanır.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью