“Azər Türk Bank”ın əməkdaşı dünyasını dəyişib

08.11.2026

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şuşa şəhərindən məcburi köçkün olan, Bakı şəhərində müvəqqəti məskunlaşmış, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı, 40 yaşlı Məmmədov Yasən Tərxan oğlu 2026-cı il noyabrın 7-də dünyasını dəyişmişdir.
Yasən Məmmədov futbol oyunu zamanı ürək tutması nəticəsində vəfat etmişdir.
Ailəli olan mərhumun iki azyaşlı övladı var. Atası Tərxan Məmmədov Birinci Qarabağ müharibəsinin veteranıdır.
Yasən Məmmədov Qurban Sadıqovun qaynı oğludur.
Allah rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun!
Mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью