“Azər Türk Bank”ın İdarə Heyətinə yeni sədr təyin edilib | Icma.az
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. “Azər-Türk Bank”ın İdarə Heyətinə yeni sədr seçilib.
"APA-Economics"in əldə etdiyi məlumata görə, bu vəzifəyə səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə Nəbiyeva Günel Nizami qızı təyin edilib.
Qeyd edək ki, Günel Nəbiyeva 15 ildən artıq müddətdə bank sektorunda çalışıb.
G.Nəbiyeva 2022–2025-ci illərdə “Azər-Türk Bank”ın Müşahidə Şurasının üzvü olub, 2025-ci ilin dekabrından Bankın İdarə Heyətinin üzvü və sədr müavini təyin edilmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu