Azər Zahidin həbs müddəti daha 3 ay uzadıldı

15.04.2025

Shownews portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid barəsindəki həbs qərarının müddəti uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Azər Zahid barəsindəki həbs qərarının müddəti daha 3 ay artırılıb.

A. Zahid azyaşlı övladlarının olmasının nəzərə alınaraq ev dustaqlığına buraxılmasını xahiş etsə də, məhkəmə bunu nəzərə almayıb.

Qeyd edək ki, Azər Zahid, həm də qumar oyunlarının təşkili və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında ittiham olunur.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью