Azər Zahidin verilişinə çıxan Zəhra tutuldu

26.12.2024

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda daha bir tiktoker həbs olunub.

Globalinfo.az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, tiktoker Zəhra Abbasova barəsində Nərimanov rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qərarı verilib.

Z. Abbasova bir neçə gün əvvəl saxlanılan Azər Zahidin TikTok-dakı verilişinin qonağı olub.

Qeyd edək ki, Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları da həbs ediliblər.

Bu gün həmçinin Nərimanov Rayon Məhkəməsinin qərarı ilə “Vaqa” ləqəbli Vüqar Zeynalzadə və “Nuh” ləqəbli Nuh Məmmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью