“Azəralüminium” ixracını 27% artırıb

03.06.2026

Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.

“Azəralüminium” MMC 2026-cı ilin yanvar-aprel aylarında ixrac göstəricilərində ciddi artım nümayiş etdirib.

Marja xəbər verir ki, şirkətin ixracı cari ilin ilk 4 ayında 63 milyon ABŞ dolları təşkil edib.

2025-ci ilin eyni dövründə bu göstərici 49,6 milyon ABŞ dolları olmuşdu. Beləliklə, “Azəralüminium”un ixracı illik müqayisədə 13,4 milyon dollar və ya 27% artıb.

Bu dinamika alüminium və ondan hazırlanan məhsulların Azərbaycanın qeyri-neft ixracında mühüm yer tutduğunu göstərir.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью