“Azəralüminium”un ixrac gəlirləri 27 faiz artıb

03.06.2026

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026-cı ilin yanvar-aprel aylarında “Azəralüminium” MMC 63 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,4 milyon dollar və ya 27 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın may sayında bildirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında “Azəralüminium” MMC-nin ixrac gəlirləri 49,6 milyon dollar olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью