Azəraqrartikinti nin xalis mənfəəti 30 % ə yaxın azalıb

30.04.2026

Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azəraqrartikinti" ASC 2025-ci ili 886 min manat xalis mənfəətlə başa vurub.

S'hmdar cəmiyyətinin maliyyə hesabatına g[r', bu, 2024-cü illə müqayisədə 29,6 % azdır.

Ötən il "Azəraqrartikinti"nin vergiyəqədərki mənfəəti 1 milyon 108 milyon manat (əvvəlki ilə nisbətən 30 % az), mənfəət vergisi ödəmələri isə 222 min manat (29,5 % az) təşkil edib.

Bu il yanvarın 1-nə "Azəraqrartikinti"nin aktivləri 48 milyon 813 min manat olub ki, bu da illik müqayisədə 22,2 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2,6 dəfə azalaraq 8 milyon 83 min manata, balans kapitalı isə 2,7 % azalaraq 40 milyon 730 min manata düşüb.

Xatırladaq ki, "Azəraqrartikinti" 1961-ci ildən fəaliyyət göstərən "Başkolxozlararasıtikinti" İdarəsinin bazasında 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon 292 min  manatdır. Şirkət bir sıra dövlət sifarişlərində icraçı olub.

İş elanları AzVak.az-da

© "Report" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью