“Azerbaijan Ground Services” MMC vakansiya elan edir! FOTO

10.09.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azerbaijan Ground Services MMC regional texniki yoxlama məntəqələrində fəaliyyət göstərmək üçün məsuliyyətli və peşəkar Texnik-Mexanik axtarır

 Vəzifə öhdəlikləri:

* Avtonəqliyyat vasitələrinin reysqabağı texniki vəziyyətini yoxlamaq, əsas texniki sistem və konstruksiya elementlərindəki nasazlıqları müəyyən etmək;
* Texniki tələblərə cavab verməyən nəqliyyat vasitələrinin reysə buraxılmasının qarşısını almaq;
* Yoxlama nəticələrini elektron sistemdə və qeydiyyat jurnalında rəsmiləşdirmək;
* Texniki yoxlama prosesinin müəyyən edilmiş tələblərə uyğun, fasiləsiz və operativ təşkilini təmin etmək.

 Namizədə tələblər:

Orta təhsil (texniki sahələr üzrə ali və ya orta ixtisas təhsili arzuolunandır);
 Avtonəqliyyat vasitələrinə texniki xidmət, təmir və ya texniki baxış sahəsində iş təcrübəsi üstünlük hesab edilir;
 Avtonəqliyyat vasitələrinin texniki quruluşu və istismarı, həmçinin müvafiq sahənin qanunvericiliyi üzrə biliklər;
 Müvafiq texniki diaqnostika avadanlıqları və elektron sistemlərlə işləmək bacarığı.

 İş yeri:

Şəki, Ağstafa və Kürdəmir regional texniki müayinə məntəqələri

 İş rejimi: 6 günlük
 Əməkhaqqı: Müsahibə əsasında

Bu rola uyğun olduğunuzu düşünürsünüzsə,
CV-nizi [email protected] elektron poçt ünvanına göndərə və ya
+994 10 239 60 32 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Uyğun namizəd tanıyırsınızsa, bu vakansiyanı onunla paylaşın!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью