Azərbayanlı qadın qayınatasını öldürdü TÜRKİYƏ ŞOKDA

16.06.2026

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin Tokat vilayətinin Artova rayonunda qayınatasını döyərək öldürdüyü iddia edilən azərbaycanlı gəlin saxlanılıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə mübahisə zəminində baş verib.

Belə ki, Artovanın Ağmusa kəndində yaşayan Azərbaycan vətəndaşı 52 yaşlı K.V. və qayınatası 88 yaşlı Mustafa Cici arasında naməlum səbəbdən mübahisə yaranıb.

Davaya çevrilən mübahisə nəticəsində gəlin M.Cicini döyərək yerə yıxıb.

Zərbələr alan yaşlı kişi təcili yardım maşını ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью