Azərbaycan 10 Avropa ölkəsinə qaz ixrac edir

18.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Azərbaycanın Almaniyaya enerji ixracı genişlənir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan Vadeful ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Almaniyaya xam neft ixrac edir, 2026-cı ildən isə bu ölkəyə təbii qaz tədarükünə başlanılıb.

Onun sözlərinə görə, hazırda Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 16-ya çatıb. Bu ölkələrdən 10-u Avropa dövlətidir.

C.Bayramov, həmçinin Xəzər dənizi–Qara dəniz elektrik kabeli layihəsinə toxunub. O bildirib ki, tərəflər layihə ilə bağlı fikir mübadiləsi aparıb və Almaniyanın da bu təşəbbüsdən faydalanması imkanlarını müzakirə ediblər.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью