Azərbaycan 10 ayda 23 ölkədən 7,7 milyard manatlıq qızıl alıb

15.12.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Bu ilin yanvar–oktyabr ayları ərzində Azərbaycan 23 ölkədən qızıl idxal edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2025-ci ilin ilk 10 ayında ölkəyə 4 milyard 515 milyon 57 min 590 dollar (7,7 milyard manat) dəyərində 44 min 440,94 kiloqram qızıl idxal olunub.
İdxal olunan qızılın bir qramının orta gömrük dəyəri təxminən 101,6 dollar təşkil edib.
Məlumatlara görə, yanvar–oktyabr aylarında Azərbaycan bu ölkələrdən qızıl idxal edib:
Qazaxıstan – 2 556,83 kq (bir qramın orta gömrük dəyəri 102,6 dollar);
Qırğızıstan – 417,36 kq (106,9 dollar);
Özbəkistan – 2 200,91 kq (112 dollar);
Rusiya – 6 783,68 kq (96,8 dollar);
ABŞ – 4 453,16 kq (103 dollar);
Avstraliya – 7 104,22 kq (107 dollar);
Böyük Britaniya – 4 860,9 kq (99 dollar);
Braziliya – 1 021,46 kq (93,3 dollar);
Cənubi Afrika Respublikası – 2 526,6 kq (105,9 dollar);
Çin – 1 186,22 kq (92,4 dollar);
Honkonq – 184,29 kq (90,8 dollar);
Filippin – 278,61 kq (101,7 dollar);
İsveçrə – 3 453,45 kq (114,8 dollar);
Kanada – 1 398,88 kq (94,6 dollar);
Meksika – 2 557,6 kq (91,3 dollar);
Türkiyə – 1 157,28 kq (85,8 dollar);
Yaponiya – 149,89 kq (103,9 dollar);
Zimbabve – 12,2 kq (92,9 dollar);
Almaniya – 1 062,49 kq (90,2 dollar);
İspaniya – 692,15 kq (105,7 dollar);
İsveç – 38,16 kq (107,4 dollar);
İtaliya – 296,48 kq (105,4 dollar);
Rumıniya – 48,12 kq (103,1 dollar).
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью