Azərbaycan 12 xalı bu ölkəyə verdi

18.05.2025

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Avroviziya 2025" beynəlxalq mahnı müsabiqəsinin hazırda davam edən finalında ölkələr səsvermənin nəticələrini açıqlayıblar. 

Axşam.az-ın məlumatına görə, Azərbaycandan olan səsverməni "Avroviziya 2010" təmsilçimiz Safurə Əliyeva təqdim edib. 

Azərbaycan 12 xalı İsrailə verib.

Digər sıralama isə belədir:

- 10 xal - İtaliya 

- 8 xal - Ukrayna 

- 7 xal - Estoniya 

Hazırda 26 ölkə təmsilçisi qalibiyyət uğrunda mübarizə aparır. 

Qeyd edək ki, bu il ölkəmizi yarışmada "Mamagama" qrupu “Run with you” mahnısı ilə təmsil edib. Onlar yarışmanın finalına vəsiqə qazana bilməyiblər.

Onu da qeyd edək ki, 2010-cu ildə Oslo şəhərində keçirilən 55-ci "Avroviziya" mahnı müsabiqəsində Safurə Əliyeva 145 xalla 5-ci yeri tutmuşdu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью