Azərbaycan 12 xalı bu ölkəyə verdi VİDEO KONKRET

18.05.2025

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycan “Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsinin finalında səsvermədə iştirak edib. 

KONKRET.az xəbər verir ki, ölkəmiz ən yüksək 12 xalı İsrailə verib.

Mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni “Avroviziya 2010” təmsilçimiz Safura Əlizadə açıqlayıb.

Qeyd edək ki, İsrail təmsilçisi Yuval Rafael yarı azərbaycanlıdır.

Azərbaycanlı tamaşaçılar İtaliyaya 10, Ukraynaya 8, Estoniyaya 7, Portuqaliyaya 6, İspaniyaya 5, Polşaya 4, Niderlanda 3, Albaniyaya 2, İsveçə 1  xal veriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью