Azərbaycan 130 milyonluq çay və düyü alıb

26.01.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ildə Azərbaycan 54.964.07 ton düyü idxal edib ki, bu da 2024-cü illə müqayisədə 14,5% azdır.

Ölkə.Az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.

İdxal həcmi 24,2% azalaraq 50.125.200 dollar təşkil edib.

Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxal xərclərinin 0,21%-ni təşkil edib (2024-cü ildə 0,31%).

2025-ci ildə ölkəyə çay idxalı xərcləri isə 80 milyon dolları keçib.

Azərbaycan ötən il 82.952.080 dollar dəyərində (8,5% artım) 13.471,14 ton çay idxal edib (6,4% azalma). Çay idxalının ümumi həcmdə payı 0,34% olub (2024: 0,36%).

Bundan əlavə, hesabat dövründə Azərbaycan 6.618.050 dollar dəyərində (0,2% azalma) 725,19 ton çay (2,9% azalma) ixrac edib.
2025-ci ildə Azərbaycan 11.504,5 ton çay istehsal edib ki, bu da 2024-cü illə müqayisədə 7,4% azdır.

Eyni zamanda, 1 yanvar 2026-cı il tarixinə anbarlarda 74,8 ton hazır məhsul olub.

Ümumilikdə düyü və çay idxalına 133,077,280 dollar xərc çəkilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью