Azərbaycan 150 mln. dollarlıq Gürcüstan məhsulu idxal edib

19.11.2025

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan 150,7 milyon ABŞ dolları dəyərində yerli məhsul idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın qonşu ölkədən yerli məhsul tədarükündə 29,2% artım qeydə alınıb.

Hesabat dövründə Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 5,7% payla qonşu ölkənin yerli ixrac tərəfdaşlarının ilk onluğunda Rusiya, Türkiyə, Çin, Bolqarıstan və Ermənistandan sonra VI yeri tutub.

Gürcüstandan yerli istehsal məhsullarının ümumi ixracının dəyəri 5,83 milyard ABŞ dollarına bərabər olub.

Qonşu ölkədən ixraca ən çox yönəldilmiş yerli məhsulların ilk onluğunda qiymətli metal filizləri və konsentratları, təzə üzüm şərabı, spirtli içkilər, ferroərintilər, təbii, mineral və qazlı sular, şəkər əlavəli sular, qoz-fındıq, mineral gübrələr, qızıl, mis filizləri və konsentratları yer alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью