Azərbaycan 1,9 mlrd. dollarlıq yeyinti məhsulları idxal edib

10.12.2024

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-oktyabr aylarında 1 milyard 970 milyon 472 min dollarlıq yeyinti məhsulları idxal edilib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,3% və ya 183 milyon 390 min dollar artıb.

Məlumata görə, 2023-cü ilin 10 ayında idxal edilən yeyinti məhsullarının dəyəri 1 milyard 787 milyon 82 min dollar olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında idxal edilən yeyinti məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi isə 11,84% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью