Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Ölkə iqtisadiyyatının və ixracın şaxələndirilməsi sahəsində məqsədyönlü tədbirlər davam etdirilir.
Oxu.Az-ın məlumatına görə, 2025-ci ildə Azərbaycanın qeyri-neft-qaz əmtəə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8.1% artaraq 3 milyard 628.2 milyon ABŞ dolları təşkil edib və müstəqillik tarixinin ən yüksək səviyyəsinə çatıb.
Qeyd edək ki, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi üçün ölkənin strateji valyuta ehtiyatlarının mühüm elementlərindən biri kimi, 2025-ci ildə 6 milyard 259.7 milyon ABŞ dolları həcmində qızıl idxal olunub.
Qızıl idxalı real istehlak və iqtisadi aktivlik ilə bağlı olmadığından idxalın dinamikasının və ya daxili tələb ilə bağlı olan idxal aktivliyinin təhlili zamanı nəzərə alınmır.
Qızıl idxalı nəzərə alınmadan 2025-ci ildə Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 6 milyard 922.8 milyon ABŞ dolları olub. Qızıl idxalı istisna olmaqla idxalın həcmi isə 18 milyard 120 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü illə müqayisədə cəmi 2.1% artım deməkdir.
Aqil Vəlili