Azərbaycan 21ci Ankara Kitab SərgiYarmarkasında təmsil olunacaq

20.11.2024

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Noyabrın 29-dan dekabrın 8-dək Türkiyənin paytaxtı Ankarada növbəti ənənəvi 21-ci Ankara Kitab Sərgi-Yarmarkası keçiriləcək. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi sərgidə Azərbaycan milli stendini təşkil edəcək.

Nazirlikdən  bildirilib ki, bu il sərginin Təşkilat Komitəsi “Qonaq ölkə” olaraq Azərbaycanı seçib.

Beynəlxalq kitab sərgi-yarmarkasına ümumilikdə 500 mindən artıq ziyarətçinin gələcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью