Azərbaycan 21ci Ankara Kitab SərgiYarmarkasında təmsil olunacaq AZƏRTAC

20.11.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 29-dan dekabrın 8-dək Türkiyənin paytaxtı Ankarada növbəti ənənəvi 21-ci Ankara Kitab Sərgi-Yarmarkası keçiriləcək. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi sərgidə Azərbaycan milli stendini təşkil edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu il sərginin Təşkilat Komitəsi “Qonaq ölkə” olaraq Azərbaycanı seçib.

Beynəlxalq kitab sərgi-yarmarkasına ümumilikdə 500 mindən artıq ziyarətçinin gələcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью