Azərbaycan 31 yaşlı qadını beynəlxalq axtarışa verdi

18.06.2026

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xarici ölkələrə tur paketlər təşkil etmək vədi ilə vətəndaşların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən şəxs barəsində beynəlxalq axtarış elan olunub.

Lent.az APA-ya istinadla xəbər verir ki, 31 yaşlı Şen Faida Zülfüqar qızı barəsində dələduzluq əməlləri ilə bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb. Müəyyən edilib ki, o, ölkəni tərk edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью