Azərbaycan 4 günlük iş rejiminə keçir? KONKRET | Icma.az
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır. Böyük Britaniyada 200-dən çox şirkət 4 günlük iş rejiminə keçid edib.
Fond rəsmiləri bu tənzimləmənin səmərəliliyi artırmaq və işçilərin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıdığını bildiriblər.
Ölkəmizdə isə bu cəhətdən şərtlər bir az fərqlidir. Bizdə nəinki 5, hətta bir sıra müəssisələrdə 6 günlük iş həftəsi mövcuddur.
Bəs Azərbaycandakı müəssisələrin iş qrafikində hər hansısa yenilik, dəyişiklik gözlənilə bilərmi?
KONKRET.az xəbər verir ki, insan resursları üzrə mütəxəssis İlkin Mirzəzadə sözügedən ehtimalı “Yenisabah.az-la müzakirə edib.
Ekspert bildirib ki, hazırkı vəziyyətdə bu, mümkün deyil: “Hazırda biz 4 günlük iş rejiminə bütün müəssisələrdə keçə bilmərik.
Pilot olaraq bəzi dövlət qurumları və müəssisələr yavaş-yavaş buna keçə bilər. Amma burada bir şeyi nəzərə almaq lazımdır.
İstehsalat müəssisələri, müəyyən sektorda fəaliyyət göstərən kafe, restoran, otel və digər şəbəkələri sözügedən rejimə tam şəkildə keçə bilməz.
Tam oxu
Xəbəri oxu