Azərbaycan 4 ildir ki, sülhə çalışır, amma buna icazə verilmir, Ermənistan silahlandırılır…
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Prezidenti İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət ünvanlayıb.
Dövlət başçısı xalqa müraciətində sülhdən yayınan Ermənistana və onun havadarlarına sərt xəbərdarlıq edib.
Ölkə rəhbəri Ermənistanı silahlandıran, müharibəyə təhrik edən Qərb ölkələrinə də növbəti sərt mesajlarını verib.
Prezident istənilən təxribat cəhdinə adekvat cavab veriləcəyini vurğulayıb: "İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hesab edirəm ki, Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir.
Ancaq bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər.
Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər.
Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər.
Tam oxu
Xəbəri oxu