Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 4464,1 ton tütün ixrac edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,5% azdır.
Ölkə.Az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
İxrac edilən tütünün ümumi dəyəri də 15,9% azalaraq 16 529 300 dollara çatıb.
Hesabat dövründə Azərbaycan həmçinin 41 918 400 dollar dəyərində (40,4% artım) 2 657,5 milyon ədəd siqaret (39,1% artım) ixrac edib.
Bundan əlavə, bu ilin ilk 11 ayı ərzində 4 525 700 dollar dəyərində (2,2 dəfə artım) 193,6 milyon ədəd siqaret idxal edilib (2,6 dəfə artım).
2025-ci ildə ölkədə 17 milyard 677,8 milyon ədəd siqaret və siqar istehsal olunub ki, bu da 2024-cü illə müqayisədə 16,4% artım deməkdir. 1 yanvar 2026-cı il tarixinə müəssisə anbarlarında hazır məhsulların həcmi 1 milyard 347,6 milyon ədəd təşkil edib.
Statistikaya görə, hesabat dövründə ölkədə tütün istehsalı 55% azalaraq 1926,6 tona düşüb. 1 yanvar 2026-cı il tarixinə müəssisə anbarlarında hazır məhsulların həcmi 150,4 tona düşüb.
Ölkə.Az