Azərbaycan ABŞ da keçiriləcək G20 sammitinə dəvət olundu

19.11.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Azərbaycan dekabrın 14-15-də ABŞ-ın Florida ştatında keçiriləcək “Böyük iyirmilik” (G20) sammitinə dəvət olunub.
Bizim.Media xatırladır ki, G20 sammiti dünyanın ən böyük iqtisadiyyatlarının liderlərinin hər il keçirilən görüşüdür.
Tədbirdə qlobal iqtisadiyyat, maliyyə, ticarət və geosiyasətlə bağlı əsas məsələlər müzakirə olunur və əlaqələndirilir.

G20-yə Avropa İttifaqı, Afrika İttifaqı, ABŞ, Çin, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, Hindistan, Cənubi Koreya, Türkiyə, Rusiya, Avstraliya, Argentina, Braziliya, İndoneziya, İtaliya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası və Yaponiya daxildir.

G20 iştirakçılarının payına dünya ümumi daxili məhsulunun (ÜDM) təxminən 85 faizi, beynəlxalq ticarətin 75 faizindən çoxu və dünya əhalisinin təxminən üçdə ikisi düşür.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью