Azərbaycan ABŞ də keçiriləcək regional maliyyə konfransında təmsil olunacaq

24.04.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-də keçiriləcək "Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ arasında maliyyə tərəfdaşlığının gücləndirilməsi" mövzusunda regional maliyyə konfransında iştirak edəcək. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, tədbiri ABŞ-Azərbaycan Ticarət Palatası təşkil edəcək.

Bundan başqa, nümayəndə heyəti ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Yaz Toplantılarına qatılacaq, müxtəlif tədbirlərdə və AMB ilə əməkdaşlıq edən bir sıra maliyyə-investisiya institutlarının rəhbərliyi ilə ikitərəfli görüşlərdə iştirak edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью