Azərbaycan ABŞ münasibətləri inkişaf dövrünü yaşayır AÇIQLAMA

03.02.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanla ABŞ arasında münasibətlər inkişaf dövrünü yaşayır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Onun sözlərinə görə, ABŞ-də hər respublikaçı prezident dövründə Azərbaycanla münasibətlər nisbətən yaxınlaşıb, demokratların dövründə isə əlaqələr soyuqlaşıb:

“Prezident Donald Trampın hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətləri həddindən artıq yaxınlaşdı. Həm liderlər arasında, həm də qarşılıqlı olaraq iki dövlət arasında əlaqələr yüksək səviyyəyə qalxdı. Təsəvvür edin ki, artıq “907-ci düzəliş”in ləğvindən söhbət gedir, ABŞ Azərbaycanı Sülh Şurasının üzvlüyünə dəvət edir. 18 il aradan sonra Azərbaycana ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens səfər edəcək. Vensin gözlənilən səfəri kifayət qədər böyük əhəmiyyətə malikdir. Nəzərə alaq ki, ABŞ-nin prezidenti, o cümlədən vitse-prezidenti hər ölkəyə səfər etmir. Həmçinin, hər ölkənin rəhbərliyini qəbul etmirlər. Bu, Azərbaycanla ABŞ arasında inkişaf mərhələsini göstərir”.

Turab Rzayev, politoloq

Müsahibimiz qeyd edib ki, Vensin səfəri çərçivəsində müzakirə ediləcək önəmli məsələlər var:

“Strateji tərəfşalıq haqqında xartiya, sülh prosesi, TRIPP layihəsi, Azərbaycan-İsrail münasibətləri, ölkəmizin Sülh Şurasında üzvlüyü və s. məqamlar daha geniş kontekstdə müzakirə olunacaq”.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью